Zelenski: Putin Üçüncü Dünya Müharibəsini başladıb, indi əsas vəzifə odur ki...
Bizi izləyin

Dünya

Zelenski: Putin Üçüncü Dünya Müharibəsini başladıb, indi əsas vəzifə odur ki...

Kreml lideri Vladimir Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb. İndi əsas vəzifə onun tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır.

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə verdiyi müsahibədə deyib.

Söhbət zamanı aparıcı qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden Putinin nüvə təhdidləri və III Dünya Müharibəsi qorxusundan narahat idi. Hazırkı prezident Donald Trampın da bu fikri bölüşüb-pisləmədiyi soruşulduqda, Zelenski belə cavab verib:

"Üçüncü Dünya Müharibəsi ilə bağlı fərqli baxışlarımız var. Mən inanıram ki, Putin artıq müharibəni başlayıb. Yeganə sual onun nə qədər ərazi ələ keçirə biləcəyi və onu necə dayandıra bilməkdir", - deyə prezident bildirib.

O izah etdi ki, bu məsələ təkcə Rusiyanın qalib gəlməsi ilə bağlı deyil, həm də Rusiya Federasiyasının dünyaya fərqli bir həyat tərzini sırımaq və insanların özləri üçün seçdiyi həyatı dəyişdirmək istədiyi ilə bağlıdır.

Zelenski sonda bildirib ki, "Buna görə də, mən inanıram və çoxdan inanıram ki, Putin bu müharibəni artıq başlayıb və bizim vəzifəmiz onun tammiqyaslı Üçüncü Dünya Müharibəsinə çevrilməsinin qarşısını almaqdır".

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm