Dünya
İntihar edən milyarderin qızı: Onu Epşteyn və Tramp ilə əlaqələrinə görə öldürdülər - Foto
İş adamı və keçmiş senator Ömər Cəbrayılovun kiçik qızı Alvina atasının intiharı ilə bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, 32 yaşlı Alvina sosial media hesabında paylaşım edərək, atasının intihar etmədiyini, öldürüldüyünü bildirib. O güman edir ki, hadisə Ö.Cəbrayılovun Ceffri Epşteynlə əlaqəsinə görə baş verib.
"O, bir neçə gün əvvəl mənimlə danışmışdı. Atam intihar etməyib, onu Epşteyn və Tramp ilə əlaqələrinə görə susdurublar", - deyə Alvina qeyd edib.
O əlavə edib ki, Cəbrayılov Epşteyn və onun köməkçisi Gisleyn Maksvell ilə dost olub. Sözlərini təsdiqləmək üçün Alvina atasının Maksvellə göndərdiyi mesajların fotosunu yayımlayıb.
Milyarderin qızı həmçinin öz həyatı üçün də narahat olduğunu vurğulayıb:
"Atamı öldürdülər. Yaxın zamanda mən də birdən "intihar etsəm", bilin ki, bunu öz əlimlə etməmişəm. Bəli, bəzi problemlərim var, amma ölmək istəmirəm, yaşamaq istəyirəm".
Daha sonra Alvina atasının dəfn mərasimində iştirak etmək üçün Çeçenistana getmək məqsədilə ianə toplamağa başlayıb.(Axşam.az)

-
Sosial16:27Qar yağacaq – Xəbərdarlıq
-
Magazin216:02Xalq artistinin son durumu: Əsa ilə gəzir - VİDEO
-
Hadisə15:52Laçın-Şuşa yolunda ağır qəzada yaralananların durumu açıqlandı - Yeniləndi/Foto
-
Rəsmi xronika15:03İlham Əliyev açıqladı: Bu yaxınlarda Türkiyədə...
-
Dünya14:40Tramp İrana hücumda dost-düşməni tanıyıb: Fransa əla iş gördü, İngiltərə isə...
-
İdman14:03Ronaldo Səudiyyə Ərəbistanıdan qaçıb? - Təyyarəsi bu ölkəyə enib
-
İdman13:16Qurbanovun müəmmalı seçimi, Dambrauskasın səhvi: Kimin bu yerlərə necə gəldiyi bilinəcək
-
Sosial12:55Sabah yağış yağacaq - PROQNOZ












.jpg)












.jpg)






