Dünya
Etnik anklav probleminin həll yolu tapıldı - Qanun layihəsi hazırlandı
Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev “Tsargrad”a müsahibəsində Rusiyada etnik anklavların formalaşması ilə bağlı problemin həll yollarına aydınlıq gətirib.
Publika.az xəbər verir ki, deputatın sözlərinə görə, problemin aradan qaldırılması üçün üç əsas mexanizmi nəzərdə tutan qanun layihəsi hazırlanıb.
O bildirib ki, təklif edilən dəyişikliklər bələdiyyə rəhbərlərinə miqrasiya vəziyyəti gərginləşdiyi halda müəyyən ərazilərdə mənzil satışını, kirayəsini və miqrantların qeydiyyatını məhdudlaşdırmaq səlahiyyəti verə bilər.
Qeyd edilib ki, etnik anklavlar əsasən miqrantların öz həmvətənlərinin yaxınlığında kompakt şəkildə məskunlaşması nəticəsində yaranır. Matveyevin sözlərinə görə, bu prosesin qarşısı alınarsa, anklavların formalaşması da dayanacaq.
“Bu problemin başqa effektiv həlli yoxdur. Əgər müəyyən ərazilərdə məskunlaşma və mənzil alınması məhdudlaşdırılmasa, anklavların yaranması davam edəcək”, - deyə deputat vurğulayıb.
Müəllif: Roza
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)























.png)

.jpg)





