Dünya
Avropa İttifaqının dağılmasına doğru: Tramp Vensi Budapeştə göndərdi
ABŞ-ın vitse-prezidenti Cey Di Vens çərşənbə axşamı, 7 aprel tarixində Baş nazir Viktor Orbanın seçki kampaniyasını dəstəkləmək üçün Macarıstana səfər edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Agentliyin Macarıstan hökumətindəki mənbələrinə görə, 12 apreldə keçiriləcək parlament seçkilərindən bir neçə gün əvvəl baş tutacaq iki günlük səfər zamanı Vens Orbanla görüşəcək və onunla birlikdə seçkiqabağı mitinqdə iştirak edəcək.
ABŞ vitse-prezidenti Macarıstana yola düşməzdən əvvəl jurnalistlərə bildirib ki, "Yaxşı dostum Viktorla görüşməyi səbirsizliklə gözləyirəm və biz ABŞ ilə Macarıstan arasındakı münasibətlərlə bağlı bir sıra məsələləri müzakirə edəcəyik".
O, həmçinin qeyd edib ki, Avropa və Ukrayna ilə münasibətlər müzakirə olunacaq.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu yaxınlarda macarları 12 aprelə təyin olunmuş parlament seçkilərində hazırkı Baş nazir Viktor Orbana səs verməyə çağırıb.
Avropa İttifaqı Orbanın hakimiyyəti saxlayacağı və Macarıstanın Aİ-nin vacib qərarlarına mane olmağa davam edəcəyi təqdirdə hansı addımlar atacağını müzakirə edir.
Müəllif: Tural
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
-
Sosial5 May 21:36Anası o uşaqdan imtina etdi
























.png)

.jpg)





