Dünya
Dünya ayağa qalxdı: 40 ölkə Hörmüz üçün gizli toplantıya yığışır
Böyük Britaniyanın təşəbbüsü ilə bu gün dünyanın 40 ölkəsindən olan hərbi mütəxəssislərin iştirakı ilə mühüm video-konfrans keçiriləcək. Müzakirələrin mərkəzində qlobal ticarətin "şah damarı" sayılan Hörmüz boğazının təhlükəsizliyi dayanır.
Publika.az xəbər verir ki, bu barədə məlumatı "Financial Times" qəzeti yayıb.
Məlumata görə, toplantı London yaxınlığındakı Nortvud hərbi bazasından koordinasiya olunacaq. Konfransda əsas məqsəd döyüş əməliyyatları bitdikdən sonra strateji boğazda gəmilərin təhlükəsiz hərəkətini təmin etmək üçün beynəlxalq koalisiya yaratmaqdır.
Xəbərdə qeyd olunur ki, bu görüşdə iştirak edən tərəflər hələ mart ayında İrana sərt çağırış edən ölkələrdir. Həmin bəyanatda Tehran administrasiyasından Hörmüz boğazında gəmilərə qarşı dron və raket hücumlarını, mina düzmə fəaliyyətlərini dərhal dayandırmaq tələb olunmuşdu. Koalisiyada Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, Yaponiya ilə yanaşı, Kanada, Avstraliya, BƏƏ və Cənubi Koreya kimi ümumilikdə 40-dan çox dövlət təmsil olunur.
Mənbələr bildirir ki, yaradılacaq hərbi-dəniz koalisiyası klassik NATO missiyası kimi fəaliyyət göstərməyəcək. Bura hərbi alyansa daxil olmayan ölkələr də cəlb ediləcək. Lakin koalisiyanın qurulmasında bəzi çətinliklər var. Belə ki, iştirakçı ölkələrin hərbi imkanları fərqlidir. Məsələn, bəzi dövlətlər yalnız mina təmizləyən gəmilər verə bildiyi halda, onları qorumaq üçün freqat (sürətli və çevik döyüş gəmisi) ayıra bilmir.
Müəllif: Adəm
-
ABŞ13:18Ağ Ev onu İranla danışıqlardan uzaqlaşdırır: Netanyahunun adamıdır
-
Dünya13:00Dünya ayağa qalxdı: 40 ölkə Hörmüz üçün gizli toplantıya yığışır
-
İdman12:36Kardaşyan və Hemilton münasibətlərini bu paylaşımla təsdiqlədilər - VİDEO
-
Dünya12:30“Artemis” Aydan qayıdır: Unikal fotolarla
-
İdman10:48Tarixin ən sadiq futbolçuları: Siyahıda Tale Heydərovun sabiq müşaviri də var
-
Maraq dünyası09:48Zəngin olacaq 3 bürc
-
MDB09:06Daha bir məktəbdə insident: Şagird müəllimə bıçaqla hücum etdi
-
Hadisə08:24Bakıda ev çökdü: Xəsarət alan var - Video















.jpg)


















