Dünya
Fırıldaqçılar yaşlı qadının yarım milyon manatını oğurladı
Fırıldaqçılar 78 yaşlı Moskva sakininin pul vəsaitlərini qorumaq bəhanəsi ilə ondan 25 milyon rubl (təxminən 540 min manat) oğurlayıblar.
Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fırıldaqçılar qadına mobil tətbiqə keçid göndəriblər və qadın bu keçidi açdıqdan sonra onlar hüquq-mühafizə orqanlarının adından zəng edərək ona pullarını nağdlaşdırmağı tövsiyə ediblər.
Təqaüdçü əvvəlcə bankdan 13 milyon, sonra isə 12 milyon rubl çıxarıb. Hər iki halda o, əvvəlcədən deyilmiş kod sözünü deyərək pulları bir kuryer qadına verib.
Daha sonra dələduzlar bildiriblər ki, guya yaşlı qadının mənzili girov qoyulmaqla onun adına kredit rəsmiləşdirilib və bu yükü aradan qaldırmaq üçün əlavə 3 milyon rubl ödəmək lazımdır. Qadın bu pulu tanışından borc almağa çalışıb, lakin həmin şəxs onu polisə müraciət etməyə razı salıb. Hüquq-mühafizə orqanları 46 yaşlı kuryer qadını saxlayıb, digər iştirakçıların axtarışı davam edir.
Müəllif: Roza
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
-
Sosial5 May 21:36Anası o uşaqdan imtina etdi
-
Magazin25 May 21:12Gənc aktrisa faciəvi şəkildə həlak oldu - FOTO


























.png)

.jpg)





