Dünya
Rusiya sərhədində gərginlik: Bu ölkə bölgəyə qırıcı təyyarələr yerləşdirdi
Fransa Hərbi Hava Qüvvələri Rusiya sərhədindən 130 kilometr məsafədə yerləşən Litva aviabazasına "Rafale" qırıcılarını yerləşdirib.
Publika.az xəbər verir ki, bu barədə "Military Watch Magazine" nəşri məlumat yayıb.
Bildirilir ki, söhbət Litvanın Şyaulyay aviabazasından gedir. Parisin planına əsasən, bu qırıcılar NATO-nun Baltikyanı ölkələrində hava polisi missiyasında aparıcı rol oynayacaq.
Hərbi ekspertlər xüsusi olaraq qeyd edirlər ki, "Rafale" qırıcıları uzaq məsafəli hədəfləri vurmaq qabiliyyətinə malik raketlərlə təchiz olunub. Bu addım regionda hərbi aktivliyin artması və NATO-nun şərq cinahının gücləndirilməsi strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Xatırladaq ki, bundan əvvəl Fransada Rusiya ilə mümkün müharibə ehtimalı barədə rəsmi səviyyədə bəyanatlar səsləndirilmişdi.
Müəllif: Adəm
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
-
Sosial5 May 21:36Anası o uşaqdan imtina etdi
-
Magazin25 May 21:12Gənc aktrisa faciəvi şəkildə həlak oldu - FOTO


























.png)

.jpg)





