Dünya
Tramp çəkiclə öldürülən qadının şok görüntülərini paylaşdı
ABŞ prezidenti Donalt Tramp “Truth Social” hesabında immiqrant tərəfindən öldürülən qadının görüntülərini paylaşıb.
Publika.az “The Guardian”a istinadla xəbər verir ki, Tramp İranla münaqişədən sonra bu görüntüləri paylaşaraq Amerika müzakirələrini immiqrasiya qərarları üzərində yenidən cəmləşdirməyə çalışıb.
Floridada çəkilən videoda hakimiyyət orqanları tərəfindən haitili immiqrant kimi müəyyən edilən kişinin yanacaqdoldurma məntəqəsində çalışan qadını çəkiclə döyərək öldürdüyü görünür.
“Tarixin ən pis prezidenti Co Bayden və Konqresdəki Radikal Demokratlar tərəfindən ölkəmizə buraxılan Haitidən olan qanunsuz əcnəbi cinayətkar günahsız bir qadını çəkiclə döyərək öldürüb. Onun vəhşicəsinə qətl videosu indiyə qədər görəcəyiniz ən qəddar şeylərdən biridir. Bayden Administrasiyası tərəfindən bu heyvanın burada qalmasına icazə verildi”, - deyə Tramp paylaşımında bildirib.
Qeyd edək ki, şiddət elementləri olduğu üçün Donald Trampın paylaşdığı həmin görüntüləri təqdim edə bilmirik.
Müəllif: Roza
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var




























.png)


.jpg)



