Dünya
Etimad qısa müddətdə çökdü: Güvənmək olmaz - ABŞ artıq “mənfi güc” kimi görülür
Böyük Britaniyada ABŞ-a münasibət kəskin şəkildə pisləşib. Son sorğular göstərir ki, britaniyalıların əksəriyyəti artıq Vaşinqtonu dünyada mənfi rol oynayan güc kimi qiymətləndirir.
Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Public First” tədqiqat şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, respondentlərin 53 faizi ABŞ-ı qlobal miqyasda mənfi təsirə malik ölkə hesab edir. Cəmi 29 faiz isə Amerikanın dünyada müsbət rol oynadığını düşünür.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin dekabr ayında vəziyyət fərqli idi. Həmin dövrdə britaniyalıların 35 faizi ABŞ-ı mənfi güc sayır, 41 faizi isə onun müsbət rol oynadığını bildirirdi.
Sorğu həmçinin göstərib ki, britaniyalıların 65 faizi ABŞ-ın digər ölkələr üçün daha çox problem yaratdığını düşünür. Bu göstərici dekabrda 46 faiz idi. Eyni zamanda, yalnız 22 faiz respondent Vaşinqtonun problemlərin həllinə töhfə verdiyini bildirib. Əvvəl isə bu, faiz 35 idi.
Bundan əlavə, iştirakçıların 57 faizi ABŞ-ın müttəfiqlərinə qarşı çağırışlar yaratdığını qeyd edib. Cəmi 27 faiz isə Amerikanın müttəfiqləri dəstəklədiyini düşünür. Sorğuda iştirak edənlərin 49 faizi isə bildirib ki, böhran zamanı ABŞ-a güvənmək olmaz.
Qeyd edək ki, araşdırma 3-7 aprel tarixlərində aparılıb və Kanada, Böyük Britaniya, Fransa və Almaniyadan 2000-dən çox respondent iştirak edib.
Müəllif: Adəm
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - Video
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər



























.png)


.jpg)




