Dünya
Pekin kursu dəyişir: Tayvanla bağlı yeni plan işə düşür
Çin Tayvan məsələsində diqqətçəkən taktiki dəyişiklik edir. Əvvəllər hərbi əməliyyat ehtimalı ilə gündəmə gələn Pekin indi daha çox siyasi dialoqa üstünlük verməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Moskovskiy Komsomoles” nəşri yazır.
Məlumata görə, bu yanaşmanın bariz nümunəsi kimi Pekində və Şanxayda Tayvanın müxalif “Qomildan” partiyasının lideri Çjen Livenin qəbul edilməsi göstərilir. Bu görüşlər “boğaz üzərindən uzanan əl sıxma” kimi qiymətləndirilir və tərəflər arasında dialoq imkanlarının açıq olduğunu nümayiş etdirir.
Tarixən Çin Kommunist Partiyasına qarşı mövqedə olan Qomindan son illərdə mövqeyini yumşaldaraq materik Çinlə tədrici birləşməni dəstəkləməyə başlayıb. Bu, hazırda hakimiyyətdə olan Demokratik Proqressiv Partiyanın xəttindən fərqlənir. Həmin partiya Tayvanın müstəqilliyini və ABŞ-la daha sıx əməkdaşlığı müdafiə edir.
Ekspertlər hesab edir ki, Pekin bu diplomatik addımlarla uzunmüddətli plan qurur. Belə ki, Çin rəhbərliyi 2028-ci ildə Qomindanın Tayvanda hakimiyyətə qayıtmasını mümkün ssenari kimi dəyərləndirir. Bu isə tərəflər arasında tammiqyaslı danışıqlar prosesinin başlanmasına zəmin yarada bilər.
Müəllif: Adəm
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var




























.png)


.jpg)



