Dünya
Hərbi təyyarə qəzaya uğradı: Yaralılar var
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Yuxarı Provans Alpları bölgəsində təlim uçuşu zamanı qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə BFMTV telekanalı ölkənin Silahlı Qüvvələr Nazirliyinə istinadən məlumat yayıb.
Hadisə aprelin 10-da səhər saatlarında Lür dağı yaxınlığında baş verib. Məlumata görə, təyyarə aşağı hündürlükdə uçuş həyata keçirərkən boş əraziyə düşüb. Qəza nəticəsində Salon-de-Provans aviabazasından olan təlimatçı və kursant xəsarət alıb.
Nazirlik bildirib ki, hər iki pilot huşları yerində tapılıb və operativ şəkildə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hazırda Dövlət Aviasiya Təhlükəsizliyi üzrə İstintaq Bürosu (BEA-E) qəzanın səbəblərini araşdırır. Paralel olaraq Aerokosmik Jandarmeriya tərəfindən də təhqiqat aparılır.
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var




























.png)


.jpg)



