Tramp ilə Meloni arasında "soyuq küləklər" əsir: Münasibətlər niyə pisləşdi?
Bizi izləyin

Dünya

Tramp ilə Meloni arasında "soyuq küləklər" əsir: Münasibətlər niyə pisləşdi?

Tramp ilə Meloni arasında "soyuq küləklər" əsir: Münasibətlər niyə pisləşdi?

ABŞ prezidenti Donald Tramp və tez-tez "çox yaxşı dost" və ya"əla lider" kimi təriflədiyi İtaliyanın Baş naziri Corcia Meloni arasında soyuq küləklər əsir.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, Meloni tariflər, Ukrayna və Qrenlandiya kimi məsələlərdə Trampla Avropa arasındakı boşluğu aradan qaldırmağa çalışsa da, son zamanlar onun Vaşinqton administrasiyasına yanaşması dəyişib.

Qırılma nöqtəsi isə Meloninin Papa XIV Leo ilə Tramp arasındakı mübahisəyə verdiyi reaksiya olub. ABŞ-İran müharibəsi zamanı Hörmüz boğazına əsgər göndərməkdən imtina edən Meloni, “Biz müharibədə deyilik və müharibəyə girməyəcəyik” demişdi.

Daha sonra Papa ilə Tramp arasındakı söz atışmasına münasibət bildirən Meloni, “Trampın sözləri qəbul edilə bilməz” deyərək Papa Leoya dəstəyini ifadə edib.

Tramp Meloninin sözlərinə Amerika və İtaliya mətbuatı vasitəsilə cavab verib. “Fox News”a verdiyi müsahibədə Tramp "qəbuledilməz olan odur" deyərək münasibətlərinin pisləşdiyini və əvvəlki kimi olmadığını qeyd edib.

“Corriere della Sera” qəzetinə isə o, İtaliyanın İran müharibəsində ABŞ-a dəstək verməməsi ilə bağlı bu sözləri deyib: “Məni şoka saldı. Onun cəsarətli lider olduğunu düşünürdüm, yanılmışam”.

MüəlliF: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm