Avropa Təhlükəsizlik Şurası yaradıla bilər - Bu səlahiyyət veriləcək
Bizi izləyin

Dünya

Avropa Təhlükəsizlik Şurası yaradıla bilər - Bu səlahiyyət veriləcək

Avropa Təhlükəsizlik Şurası yaradıla bilər - Bu səlahiyyət veriləcək

Avropa İttifaqında Avropa Təhlükəsizlik Şurasının yaradılması ideyası fəal şəkildə müzakirə olunur.

Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilib ki, xarici siyasət müzakirələrində veto hüququnun ləğvi və Avropa Komissiyasının səlahiyyətlərinin gücləndirilməsi təklifləri ilə yanaşı, Avropa Təhlükəsizlik Şurasının yaradılması ehtimalı da nəzərdən keçirilir.

İddiaya görə, şuranın yaradılması ideyası Avropa İttifaqı sammitlərinin səmərəsizliyi fonunda yaranıb.

Qeyd olunub ki, yeni qurum yüksək səviyyədə, xüsusilə də böhran vəziyyətlərində müdafiə sahəsində operativ qərarlar qəbul etmək səlahiyyətinə malik olmalıdır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm