Dünya
Küveyt xarici işlər naziri Türkiyəyə gəlir - Bu məsələlər müzakirə olunacaq
Küveytin xarici işlər naziri Cabir əl-Əhməd əs-Sabah bu gün Ankaraya səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi mənbələri məlumat yayıb.
Bildirilib ki, əs-Sabah səfər çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşəcək. Görüş zamanı iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi addımları müzakirə olunacaq.
Məlumata görə, müzakirələr həmçinin, müdafiə sahəsində əməkdaşlıq, regional inkişaf, xüsusən də Qəzza və ABŞ-İran münasibətlərini əhatə edəcək.
Bildirilib ki, Türkiyə ilə Küveyt regional və beynəlxalq məsələlərdə yaxın koordinasiyanı davam etdirir və iki ölkə arasındakı ticarət həcmi 2025-ci ilin sonu etibarilə 1 milyard dollardan çoxdur.
Həmçinin qeyd olunub ki, ticarət həcminin 5 milyard dollara çatdırılması hədəflənir və Türkiyə-Körfəz Əməkdaşlıq Şurası Azad Ticarət Sazişinin yekunlaşdırılması ilə birlikdə ikitərəfli ticarət və investisiyalarda artım gözlənilir.
Müəllif: Roza
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu





























.png)


.jpg)




