"Ölüm gəmisi" Atlantik okeanda lövbər saldı - Sirli virus sürətlə yayılır
Bizi izləyin

Dünya

"Ölüm gəmisi" Atlantik okeanda lövbər saldı - Sirli virus sürətlə yayılır

"Ölüm gəmisi" Atlantik okeanda lövbər saldı - Sirli virus sürətlə yayılır

Atlantik okeanda üzən Niderlanda məxsus “MV Hondius” kruiz gəmisi şübhəli ölümcül epidemiyanın yayılmasına dair müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, gəmidə hantavirus halları səbəbindən üç nəfər ölüb, azı üç nəfər isə xəstəliyə yoluxub.

“New York Times” nəşri yazır ki, gəmi Qərbi Afrikadakı ada dövləti olan Kabo-Verdenin paytaxtı Prayada lövbər salıb. Lakin şübhəli xəstəlik səbəbindən səlahiyyətlilər hələ də sərnişinlərin gəmidən düşməsinə icazə verməyiblər.

Gəmini idarə edən “Oceanwide Expeditions” şirkəti də iki heyət üzvünün təcili tibbi yardıma ehtiyacı olduğunu açıqlayıb.

Ümumilikdə 170 sərnişin və 71 heyət üzvü olan gəmidə ÜST tərəfindən vəziyyətin yaxından izlənildiyi və ətraflı epidemioloji araşdırmalar aparıldığı bildirilib.

Məlumata görə, altı nəfərdə simptomlar müşahidə olunsa da, indiyə qədər yalnız bir hal laboratoriya müayinələri ilə təsdiqlənib. Digər beş hal "şübhəli" hesab olunur.

Qeyd edək ki, hantavirus nadir, lakin son dərəcə təhlükəli bir xəstəlikdir. Xüsusilə tənəffüs sistemi təsirləndikdə, ölüm nisbəti təxminən 38 faizə çata bilər. Xəstəliyin erkən simptomlarına qızdırma, əzələ ağrıları və yorğunluq daxildir, sonrakı mərhələlərdə isə nəfəs darlığı və sinədə sıxılma hiss olunur. Xəstəliyin dəqiq müalicəsi yoxdur.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm