Dünya
Ukraynadakı münaqişə daha iki il uzana bilər - Kuleba
Ukraynadakı münaqişə növbəti iki il də davam edə bilər.
Publika.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba qatıldığı “YouTube” proqramlarından birində deyib.
Onun sözlərinə görə, yaxın müddətdə hərbi əməliyyatların dayanacağını gözləmək olmaz. O hesab edir ki, əsas hadisələr artıq cəbhə xəttində deyil, arxa cəbhədə cərəyan edəcək.
Keçmiş nazir bildirib ki, həlledici amillər iqtisadiyyatın dayanıqlılığı, cəmiyyətin vəziyyəti və hava hücumundan müdafiə sisteminin effektivliyi olacaq.
Onun fikrincə, üstünlük qazanacaq tərəf daxili sabitliyi qoruyan və infrastrukturu daha yaxşı müdafiə edən tərəf olacaq.
Kuleba, həmçinin müharibənin xarakterinin dəyişdiyini, tərəflərin artıq bir-birinin əhalisinə psixoloji və informasiya təsirləri göstərməyə çalışdığını qeyd edib.
Müəllif: Roza
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı




































