Dünya
Gördükləri şey qarşısında donub qaldılar - Dünya AYAĞA QALXDI
Fransanın cənub-qərbində yerləşən Bruniquel mağarasında aparılan araşdırmalar zamanı alimlər insanlıq tarixini dəyişə biləcək sensasion iz aşkarlayıblar. Mağaranın dərinliklərində tapılan və əvvəlcə ayı izi hesab edilən qədim izin əslində Neandertallara aid ola biləcəyi açıqlanıb.
Publika.az xəbər verir ki, araşdırma zamanı mağaranın girişindən 336 metr içəridə yerləşən dairəvi daş strukturların yaxınlığında təxminən 175 min illik diz izi aşkarlanıb. Alimlər hesab edir ki, həmin izi bu sirli strukturları inşa edən Neandertallar buraxıb.
Mütəxəssislərin sözlərinə görə, iz kalsit təbəqəsi ilə örtüldüyü üçün min illərlə qorunub saxlanılıb. Belçika Kral Təbiət Elmləri İnstitutundan Sophie Verheyden bildirib ki, qədim ayaq izləri tez-tez tapılsa da, diz izlərinə çox nadir hallarda rast gəlinir.
“Nature” və “Quaternary Science Reviews” jurnallarında yayımlanan araşdırmalara əsasən, mağaradakı dairəvi strukturlar yüzlərlə dikit parçasından qəsdən hazırlanıb. Radiokarbon analizləri isə onların təxminən 175 min il əvvəl tikildiyini göstərib. Bu dövrdə müasir insanların Avropada olmadığı nəzərə alınaraq, tikililərin Neandertallara aid olduğu düşünülür.
Alimlər indi izin altında saç, dəri və ya qan qalıqları kimi bioloji materialların ola biləcəyini və gələcəkdə DNA analizi aparılmasının mümkün olduğunu bildirirlər. Əgər bu baş tutarsa, Neandertallar haqqında indiyə qədər məlum olmayan yeni məlumatlar əldə edilə bilər.
Araşdırmaçılar mağaradakı strukturların yaşayış üçün deyil, simvolik və ya mədəni məqsədlərlə istifadə edildiyini ehtimal edirlər. Mağarada aşkarlanan od izləri isə Neandertalların işıqlandırma texnologiyasından istifadə etdiyini göstərir.(Musavat.com)

-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir


















.jpg)






.jpg)











