Dünya
Ukrayna iqtisadiyyatının bərpasına görün nə qədər pul lazımdır - Putin danışdı
“Ukrayna iqtisadiyyatının bərpası üçün yüz milyardlarla avro vəsait tələb olunur”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SBİF) çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
"Avropalı ekspertlər Ukrayna iqtisadiyyatının bərpası üçün nə qədər pulun və hansı müddətin lazım olduğunu bilirlər. Burada yüz milyardlarla avrodan söhbət gedir", - deyə Putin qeyd edib.
May ayında Ukraynanın xarici işlər nazirinin keçmiş müavini Andrey Sibiqa bildirmişdi ki, Ukraynaya 10 illik dinc mövcudluq lazımdır, əks halda ölkə Livanın taleyini yaşaya bilər. Onun sözlərinə görə, atəşkəs əldə olunarsa, ölkə 10 il ərzində post-sovet Polşasının keçdiyi yolu gedə bilər, lakin bunun əksi baş verərsə, Ukraynanı qaranlıq gələcək gözləyir.
Aprel ayında Ukraynanın "Strana.ua" nəşri beynəlxalq konsaltinq şirkəti "McKinsey"in məlumatlarına istinadən yazmışdı ki, Ukraynanın bərpası üçün 800 milyard dollardan çox vəsait tələb olunur, lakin yüksək hərbi və iqtisadi risklər bu qədər vəsaitin cəlb edilməsinə mane olur.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi






















.jpg)










