Dünya
İsrailin Türkiyə qorxusu: "Ən böyük kabusumuzla üz-üzəyik"
İsrailin “Israel Hayom” nəşri Türkiyənin hərbi və geosiyasi gücünün artması ilə bağlı diqqətçəkən təhlil dərc edib.
Publika.az xəbər verir ki, "İsrailin üzərindəki yeni təhdid: Göylərdən gələn qorxu" başlıqlı yazıda Türkiyənin pilotsuz uçuş aparatları sahəsində əldə etdiyi uğurlara geniş yer verilib.
Həmçinin Türkiyə müdafiə sənayesinin inkişafı, Şərqi Aralıq dənizində artan təsiri və dəniz qüvvələrinin güclənməsi Təl-Əviv üçün yaxından izlənilməli amillər kimi qiymətləndirilib.
Təhlildə İsrail təhlükəsizlik qurumlarının Türkiyəni rəsmi düşmən hesab etmədiyi, lakin onun regional siyasətdə istiqamət dəyişə biləcək güc mərkəzi kimi dəyərləndirildiyi bildirilib. Məqalədə Türkiyənin son addımlarının İsraildə narahatlıq yaratdığı və buna hazır olunmadığı təqdirdə ölkənin "ən böyük kabusla" üzləşə biləcəyi qeyd olunub.
Yazıda həmçinin Türkiyə və Qətərin rəhbərlik etdiyi yeni regional güc xəttinin İsrail üçün əlavə təhlükəsizlik təzyiqi yarada biləcəyi vurğulanıb.
Təhlildə Türkiyənin hərbi-dəniz qüvvələrinin sürətlə inkişaf etdiyi, İsraillə müqayisədə dəniz sahəsində say və imkan üstünlüyünə malik olduğu da iddia edilib.
Nəşr son olaraq, Türkiyənin "Mavi Vətən" strategiyası çərçivəsində Şərqi Aralıq dənizi, Egey və Qara dənizdə təsirini artırmağa davam edəcəyini, geri addım atmasının isə yaxın perspektivdə real görünmədiyini yazıb.
Müəllif: Roza
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...













.jpg)














.jpg)









