Dünya
Trampın “neft oyunu” - ABŞ dünyanı bu yolla aldadır
Müharibə və sülhlə bağlı ziddiyyətli açıqlamaları ilə gündəmdən düşməyən ABŞ prezidenti Donald Trampın İran müharibəsindən iqtisadi qazanc əldə etməyə çalışdığı iddia olunur.
Publika.az “Millliyet”ə istinadən xəbər verir ki, Hacettepe Universitetinin dosenti Şəbnəm Udumun sözlərinə görə, Vaşinqtonun müharibə dövründəki addımları neft qiymətlərinə birbaşa təsir göstərib.
Belə ki, Trampın cümə günü sülhlə bağlı açıqlamalar verməsi qiymətlərin enməsinə səbəb olur, bazar ertəsi isə yeni hücum xəbərləri neftin yenidən bahalaşmasına gətirib çıxarırdı.
Məqalədə qeyd olunur ki, ABŞ bu müddətdə neft ehtiyatlarını daha ucuz qiymətə artıraraq sonradan yüksək qiymətə satmaq imkanı əldə edib. Ekspert hesab edir ki, Tramp dövlət başçısından çox investor kimi davranır və qısamüddətli iqtisadi maraqları ABŞ-ın beynəlxalq nüfuzu ilə müqayisədə üstün tutur.
Udumun fikrincə, müharibənin yaratdığı qeyri-müəyyənlik, xüsusilə də Hörmüz boğazında mümkün məhdudiyyətlər neft bazarında ciddi dalğalanmalara səbəb olub. Bununla yanaşı, ABŞ-ın müttəfiqləri arasında etimadın azalması və Vaşinqtonun etibarlı tərəfdaş imicinin zəifləməsi də diqqət çəkən məqamlardandır.
Ekspert vurğulayıb ki, dövlətlərin hərbi, siyasi və iqtisadi gücünün neftdən asılı olması bu resursun təhlükəsiz və fasiləsiz təminatını strateji məsələyə çevirib.
Müəllif: Roza
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...













.jpg)














.jpg)









