Dünya
Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş
Fransanın nüfuzlu “Le Monde” qəzeti Türkiyənin Afrikada, xüsusilə Malidə səssiz, amma strateji şəkildə mövqeyini gücləndirdiyini yazıb.
Publika.az xəbər verir ki, məqaləyə əsasən, Fransa və Rusiyanın Afrika ölkələrində təsiri azalarkən, Türkiyə müdafiə sənayesi başda olmaqla müxtəlif sahələrdə sürətlə irəliləyir.
Bildirilib ki, Ankara ilə Bamako arasında ticarət dövriyyəsi son 10 ildə 3 dəfə artıb.
Türkiyənin Mali üçün pilotsuz uçuş aparatları, hərbi texnika və təlim sahəsində əsas tərəfdaşlardan birinə çevrildiyi vurğulanıb. Həmçinin iki ölkə arasında onlarla hərbi və iqtisadi anlaşmanın imzalandığı qeyd olunub.
2018-ci ildə Türkiyə prezidentinin Mali səfərinin münasibətlərə yeni dinamika verdiyi, Bamako Expo (BAMEX) kimi müdafiə sərgilərinin isə əməkdaşlığı daha da gücləndirdiyi vurğulanıb.
Məqalədə Türkiyənin Afrika siyasətinin “səssiz, amma davamlı genişlənən” strateji xətt kimi qiymətləndirildiyi qeyd olunub.
Müəllif: Roza
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü

















.jpg)








.jpg)









