Dünya
Boris Conson Ukrayna-Rusiya sülhünü pozdu - Papuaşvili
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson 2022-ci ildə Ukrayna ilə Rusiya arasında əldə oluna biləcək sülh razılaşmasını pozub.
Publika.az xəbər verir ki, bu iddia ilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edib.
O bildirib ki, 2022-ci ildə Ukrayna nümayəndə heyətinə Ali Radanın hakim fraksiyasının rəhbəri David Araxamiya başçılıq edirdi. Papuaşvilinin sözlərinə görə, Araxamiya həmin vaxt Rusiyanın irəli sürdüyü razılaşma şərtlərinin Ukrayna üçün qəbulolunan olduğunu açıqlamışdı.
Gürcü siyasətçi qeyd edib ki, danışıqlardan sonra Ukrayna nümayəndələri Kiyevə qayıdıblar. Həmin dövrdə Böyük Britaniyanın baş naziri olan Boris Conson da Kiyevə səfər edib və bundan sonra razılaşma baş tutmayıb.
“Ukrayna nümayəndə heyəti Kiyevə qayıtdı, daha sonra ora Böyük Britaniyanın baş naziri gəldi və bu razılaşmanı dağıtdı”, - deyə Şalva Papuaşvili vurğulayıb.
Gürcüstan parlamentinin sədri əlavə edib ki, həmin hadisələrdən sonra minlərlə insan həyatını itirib, buna baxmayaraq, Boris Conson hazırda sərbəst şəkildə fəaliyyətini davam etdirir və müxtəlif konfranslarda iştirak edir.
Adəm
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama















.jpg)











.jpg)









