Dünya
Rusiya İsveçrənin vasitəçiliyini rədd etdi
Rusiya İsveçrənin vasitəçilik və ya “xoşməramlı xidmətlər” təkliflərində maraqlı deyil.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Berndəki səfiri Sergey Qarmonin TASS-a açıqlamasında bildirib.
Diplomat İsveçrənin Moskvanın gözündə artıq nüfuzlu neytral dövlət statusunu itirdiyini vurğulayıb.
“Rusiya tərəfinin konfederasiyanın "xoşməramlı xidmətlərinə" ehtiyacı yoxdur”, - deyə səfir qeyd edib.
Qarmoninin sözlərinə görə, İsveçrə kollektiv Qərbin anti-Rusiya siyasətini dəstəkləyən qeyri-konstruktiv addımları ilə Moskva üçün əvvəlki neytral imicini itirib. O bildirib ki, bu mövqe Bern rəsmilərinin diqqətinə dəfələrlə çatdırılıb.
Səfir İsveçrənin Avropa İttifaqının bütün sanksiya paketlərinə qoşulduğunu, həmçinin Ukraynanın mülki şəxslərə qarşı hücumlarına göz yumduğunu iddia edib. Bundan əlavə, o bildirib ki, İsveçrə Avropa Şurasının Rusiya rəhbərliyinə qarşı xüsusi tribunal yaratmaq təşəbbüsünü dəstəkləyir.
“Belə vəziyyətdə İsveçrənin qərəzsizliyindən necə danışmaq olar?” - deyə Qarmonin əlavə edib.
Adəm
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama















.jpg)











.jpg)









