Dünya
Ukrayna münaqişəsi Avropanı ABŞ qarşısında diz çökdürdü - Medvedçuk
“Digər Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk Ukraynadakı münaqişənin Avropanı ABŞ-dan asılı vəziyyətə saldığını iddia edib.
Publika.az xəbər verir ki, o, hərəkatın saytında dərc etdiyi məqaləsində Avropanın məqsədli şəkildə Rusiya ilə qarşıdurmaya sürükləndiyini və bundan ən çox Vaşinqtonun faydalandığını bildirib.
Medvedçukun sözlərinə görə, münaqişənin daha da dərinləşməsi Avropanın tam şəkildə ABŞ-ın təsiri altına düşməsinə səbəb ola bilər. O qeyd edib ki, İsveç və Finlandiya artıq neytral statuslarını itiriblər.
Siyasətçi həmçinin bildirib ki, ABŞ-ın məqsədi təkcə Qrenlandiya deyil, bütövlükdə Avropadır. Onun fikrincə, Vaşinqton Avropadan kapitalın, istehsal müəssisələrinin və mütəxəssislərin axınından iqtisadi üstünlük əldə etməyə çalışır.
Medvedçuk əlavə edib ki, Rusiya Avropa ölkələri ilə hərbi qarşıdurmada maraqlı deyil.
Müəllif: Roza
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir










.jpg)


.jpg)

















