Dünya
Orbanın komandasının başı dərddə: 3,5 milyard avroluq korrupsiya
Macarıstanda keçmiş baş nazir Viktor Orbanın yaxın çevrəsində yer alan yüksəkvəzifəli şəxslər Avropa İttifaqı fondlarından milyardlarla avronun mənimsənilməsində şübhəli bilinir.
Publika.az "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Korrupsiyaya Qarşı Mübarizə və Dürüstlük İdarəsinin rəhbəri Ferens Pal Biron bildirib.
Onun sözlərinə görə, aparılan araşdırma zamanı üç şirkətin dövlət sifarişlərinin böyük hissəsini əldə etdiyi və müqavilə məbləğlərinin süni şəkildə şişirdildiyi müəyyən olunub.
Biron qeyd edib ki, Orban hakimiyyətinin son dörd ilində həmin şirkətlərə təxminən 10 milyard avro ödənilib. Hesablamalara əsasən, bunun 3,5 milyard avroluq hissəsi əsassız artıq ödəniş olub və korrupsiya şübhələri yaradır.
Qurum rəhbəri bu iş üzrə yüksək vəzifəli siyasətçilərin cinayət məsuliyyətinə cəlb oluna biləcəyini istisna etməyib.
Adəm
-
Köşə11:00Ərəb ola bilməyən Rövnəq Abdullayev, Rövşən Nəcəf...
-
Dünya10:45İlon Mask həqiqətən başqa dünyada yaşayır? - Sensasion iddia
-
Nida Xəbər 10:29Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak etdilər - FOTO
-
Avropa09:54Avropada dəhşət yaşanır: 1300 ölüm qeydə alındı
-
Maraq dünyası09:42Filankəs "it dili bilir" məsəli elmi təsdiqini tapdı: Sən demə, insanla it arasında...
-
Hadisə09:12Xalq şairinin oğlu vəfat etdi - FOTO
-
Sosial08:48Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir?
-
Magazin207:47Di Kaprionun sevgilisinin elə FOTOLARI YAYILDI Kİ... - “Leo bəxtəvərdir”















.jpg)



















