DÇ-də tribunalar boş qaldı - Azarkeşlər qiymətlərdən narazıdır
Bizi izləyin

Dünya

DÇ-də tribunalar boş qaldı - Azarkeşlər qiymətlərdən narazıdır

DÇ-də tribunalar boş qaldı - Azarkeşlər qiymətlərdən narazıdır

2026-cı il Dünya Kubokunda Cənubi Koreya - Çexiya oyununda tribunaların bir hissəsinin boş qalması bilet qiymətləri ilə bağlı müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Qvadalaxarada keçirilən matçda 46 min tamaşaçı tutumuna malik stadionda çox sayda oturacaq boş qalıb. Azarkeşlər bunun əsas səbəbi kimi yüksək bilet qiymətlərini göstəriblər.

“Football Supporters Europe” (FSE) təşkilatı da qiymətlərin adi azarkeşlər üçün əlçatmaz olduğunu qeyd edib. Təşkilatın məlumatına görə, bu Dünya Kubokunda bilet qiymətləri 2022-ci ildə Qətərdə keçirilən turnirlə müqayisədə təxminən beş dəfə artıb.

Qeyd edək ki, 2026 Dünya Kubokunda qrup mərhələsi oyunları üçün rəsmi qiymətlər təxminən 60-620 ABŞ dolları arasında dəyişir. Daha populyar komandaların oyunlarında isə qiymətlər bundan dəfələrlə yüksəkdir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm