"Netflix" riyaziyyat müəlliminə 71 min manat təzminat ödəyəcək
Bizi izləyin

Dünya

"Netflix" riyaziyyat müəlliminə 71 min manat təzminat ödəyəcək

"Netflix" riyaziyyat müəlliminə 71 min manat təzminat ödəyəcək

Türkiyədə riyaziyyat müəllimi Mustafa Güler dərs videosunun icazəsiz şəkildə “Netflix”dəki seriallardan birinin tanıtımında istifadə olunması ilə bağlı iddia qaldırıb.

Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, məhkəmə şirkətin şəxsi hüquqları və müəllif hüquqlarını pozduğuna qərar verərək “Netflix”in 1 milyon 950 min lirə (təxminən 71 min manat) təzminat ödəməsi ilə bağlı qərar çıxarıb.

Qərara əsasən, faizlə birlikdə məbləğ 4 milyon lirəyə qədər yüksələ bilər.

Mustafa Güler bildirib ki, videosunun tələbəsi tərəfindən aşkarlanmasından sonra hüquqi prosesə başlayıb: “Videomu kəsib serial tanıtımında istifadə ediblər. Bunu görəndə çox təəccübləndim və dərhal hüquqi addım atdım”.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm