Dünya
Trampın "üçüncü müddət" arzusu: Plan, mesaj, yoxsa siyasi manevr?
ABŞ prezidenti Donald Trampın üçüncü müddətə namizəd ola biləcəyi ilə bağlı müzakirələr davam edir. Lakin ekspertlər bu iddiaları daha çox siyasi mesaj və imic strategiyası kimi qiymətləndirir.
Publika.az xəbər verir ki, rusiyalı politoloq Konstantin Bloxin “News.ru”a açıqlamasında bildirib ki, Trampın üçüncü müddətlə bağlı gündəmi əsasən onun siyasi mövqeyini gücləndirməyə xidmət edir.
Onun sözlərinə görə, ABŞ-da konstitusiya prezidentin yalnız iki müddət vəzifədə qalmasına imkan verir və bunun dəyişdirilməsi üçün ciddi hüquqi mexanizmlər lazımdır:
“Bunun üçün həm ictimai rəy dəyişməli, həm də konstitusiyaya düzəliş edilməlidir. ABŞ cəmiyyəti isə bu cür təşəbbüslərə mənfi yanaşır”.
Politoloq həmçinin Trampın yaş faktoruna da diqqət çəkib və hazırkı müzakirələrin real plan deyil, daha çox siyasi siqnal olduğunu vurğulayıb.
Ekspertin fikrincə, bu cür açıqlamalar Respublikaçıların mövqeyini gücləndirmək və Trampın özünü güclü lider kimi təqdim etmək məqsədi daşıyır:
“Əsl məqsəd üçüncü müddət deyil, onun hələ də güclü və təsirli lider olduğunu göstərməkdir”.
Adəm
-
Nəqliyyat17:031 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
-
Sosial16:49“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq
-
İdman16:00Cəmi iki gün əvvəl şad xəbər çatdırmışdılar, ayrıldılar - FOTO
-
Sosial15:19Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat14:57AYNA bu küçəni də zəbt etdi: Yolu daraltdı, qəza şəraiti yaratdı - Foto/Video
-
Sosial14:36Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı - VİDEO
-
İKT12:15"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı
-
Sosial12:06Pensiya alanların nəzərinə

























.jpg)










