Dünya
Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
NASA yaxın zamanda “Nancy Grace Roman” kosmik teleskopunu kosmosa göndərməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Bildirilib ki, teleskop 30 avqustda “SpaceX”-in “Falcon Heavy” raketi ilə kosmosa buraxılacaq və Yerdən təxminən 1,6 milyon km uzaqlıqdakı L2 nöqtəsində yerləşərək kainatı müşahidə edəcək.
Yeni teleskopun əsas məqsədi yüz milyonlarla ulduz və milyardlarla qalaktikanı xəritələmək, həmçinin qaranlıq maddə və qaranlıq enerjinin sirrini araşdırmaqdır. Bundan əlavə, Günəş sistemindən kənarda minlərlə yeni planetin kəşfi də hədəflənir. Həmçinin, teleskopun üç əsas tədqiqat proqramı çərçivəsində Süd Yolunun mərkəzi bölgəsi, səmanın böyük hissəsi və supernova partlayışları araşdırılacaq. Bu məlumatlar kainatın genişlənmə sürətini daha dəqiq ölçməyə imkan verəcək.
NASA mütəxəssislərinin bildirdiyinə görə, "Roman" teleskopu göyü "Hubble"-dan təxminən 1000 dəfə daha sürətli skan edəcək və çox daha geniş sahəni bir görüntüdə əhatə edəcək.
Qeyd olunub ki, NASA layihəni gözləniləndən daha tez və daha aşağı büdcə ilə tamamlayıb. İlk elmi görüntülərin isə 2026-cı ilin sonuna doğru paylaşılması gözlənilir.
Müəllif: Roza
-
Dünya14:33Trampla Bricitin salamlaşması gündəm oldu: ABŞ lideri onun əlini buraxmadı - VİDEO
-
İdman14:12DÇ-2026-da ilk qolu vuran futbolçunun həyat yoldaşı - FOTOLAR
-
Rəsmi xronika13:53Prezident fərman imzaladı
-
Sosial12:47İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
-
Sosial12:22Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
-
Nida Xəbər 11:46Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
-
Maraq dünyası10:18Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR
-
Sosial09:54Yeni qaydalar qüvvəyə mindi: Sığortanızı 30 faiz bahalaşdıra bilər












.png)





















