Dünya
Aİ Türkiyə ilə əməkdaşlığı davam etdirməyə məcburdur - Kallas
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Türkiyənin bölgədə mühüm aktor olduğunu deyib.
Publika.az xəbər verir ki, Kallas bu barədə Yunanıstanın “Ta Nea” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Aİ Ankara ilə hər məsələdə eyni mövqeni paylaşmasa da, geosiyasi reallıqlar Türkiyə ilə əməkdaşlığı zəruri edir.
“Türkiyə ilə bütün məsələlərdə razı deyilik, lakin miqrasiya, ticarət və enerji sahələrində onlarla işləməyə məcburuq”, - deyə o vurğulayıb.
Kallas Türkiyənin Somali, Sudan və Yaxın Şərqdə mühüm rol oynadığını vurğulayaraq, Aİ-nin regional təhlükəsizlik və müdafiə sahəsində Ankara ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
O, həmçinin Avropa ölkələrinin əksəriyyətinin NATO çərçivəsində Türkiyə ilə müdafiə sahəsində daha sıx əməkdaşlığı dəstəklədiyini qeyd edib.
Müəllif: Roza
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı Fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO

































