Sosial
Azərbaycandakı sosial islahatların uğurları təqdim olundu - FOTO
Gürcüstanın Tbilisi şəhərində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi olub. Tədbirdə 100-ə yaxın ölkədən 420 nümayəndə, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti iştirak edir.
Publika.az xəbər verir ki, açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ədliyyə naziri Paata Salia və BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua çıxış edərək Forumun əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində "Heç kəsi geridə qoymamaq üçün inteqrasiya olunmuş xidmət göstərmə sistemləri" mövzusunda keçirilən panel iclasında DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev əlçatan və insan mərkəzli ictimai xidmətlərlə bağlı məruzə ilə çıxış edib. O, Azərbaycanda son illər sosial sığorta və sosial təminat sahəsində aparılan islahatların uğurları, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə məlumat verib.
Azərbaycanda dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması və proaktiv qaydada göstərilməsi, bu xidmətlərin göstərilməsi prosesində operativliyin və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində əldə olunan nailiyyətlər, habelə ölkəmizin sığorta-pensiya və sosial təminat sistemi ilə bağlı hədəflər diqqətə çatdırılıb.
Forumun digər sessiyalarında rəqəmsal inklüzivlik və iştirakçı idarəetmə vasitəsilə inklüziv dövlət idarəçiliyinin inkişafı, hökumətin hesabatlılığının və ictimai etimadın gücləndirilməsi üçün şəffaflıq mexanizmləri müzakirə olunub.
Bununla yanaşı, inklüziv, innovativ və gələcəyə hazır dövlət qurumları üçün bərabər iştirakın təşviqi, bu sahəni inkişaf etdirmək üçün rəqəmsal transformasiyanın idarə edilməsi, dövlət xidmətlərinin göstərilməsi üçün rəqəmsal ictimai infrastruktur və s. mövzularda çıxışlar edilib. Əlçatan və insan mərkəzli ictimai xidmətlər, dezinformasiyaya qarşı mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
MDB13:57Yeni Buça dəhşəti - 27 ölü, 42 yaralı var
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Digər13:15Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video























.jpg)










.jpg)

.jpg)