Dünya
İsrailli nazirdən ABŞ-a şikayət edildi: İşgəncə və zorakılıq siyasəti aparıb
Belçikada fəaliyyət göstərən Hind Rəcəb Fondu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirlə bağlı ABŞ Ədliyyə Nazirliyinə şikayət təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə "Clash Report" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, fond Ben-Qviri İsrail həbsxanalarını fələstinlilərə, o cümlədən ABŞ vətəndaşlarına qarşı işgəncə və zorakılıq məkanına çevirməkdə ittiham edib.
Şikayətdə bildirilir ki, Ben-Qvirin rəhbərliyi dövründə həbsxanalarda aclıq, tibbi laqeydlik, seksual zorakılıq və digər qəddar rəftar halları qeydə alınıb. Fondun iddiasına əsasən, 2023-cü ilin oktyabrından 2025-ci ilin avqustuna qədər azı 46 fələstinli bu siyasətin qurbanı olub.
Fond nümayəndələri həmçinin qeyd ediblər ki, nazirin siyasəti və ictimai açıqlamaları fələstinlilərə qarşı soyqırımı niyyətini əks etdirir və bu səbəbdən Vaşinqtonu onun fəaliyyəti ilə bağlı araşdırma aparmağa çağırıblar.
Xatırladaq ki, Ben-Qvir 2025-ci ilin noyabrında fələstinliləri “uydurma xalq” adlandıraraq onların İsrail xarabalıqları üzərində dövlət qurmağa çalışdıqlarını bildirmişdi.
Adəm
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...



































