Nida Xəbər
Siyavuş Novruzov dəyişiklik tələb etdi
"Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə bağlı qanun layihəsində vərəsəlik məsələləri və tətbiq mexanizmləri daha ətraflı tənzimlənməlidir".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bugün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsinin müzakirəsi zamanı deyib. Parlament üzvü əlavə edib ki, torpaqların birləşdirilməsi həyata keçirildikdən sonra gələcəkdə vərəsəlik məsələləri də nəzərə alınmalıdır:
"Sabah həmin torpaq sahibinin bir neçə varisi ola bilər və nəticə etibarilə valideyndən sonra həmin əmlakın onlar arasında hansı qaydada bölüşdürüləcəyi mülki hüquqda öz əksini tapmalıdır. Almaniya və digər inkişaf etmiş ölkələrin torpaq konsolidasiyası sahəsində təcrübəsi öyrənilməli, bu prosesin necə təşkil olunduğu və davamlı şəkildə həyata keçirildiyi nəzərə alınmalıdır".
S.Novruzov vurğulayıb ki, torpaqların birləşdirilməsi həm ərzaq bolluğunun yaradılmasına, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.
-
Mətbəx02:42Əti əsla sərtləşdirməyən marinad texnikası
-
İdman00:15Günün ULDUZ FALI - Təşəbbüvü ələ ala bilərsiniz
-
İdman25 Avqust 23:45"Qarabağ" "Sabah"ı belə təbrik etdi
-
Sosial25 Avqust 23:12Sabah 9 rayonun bəzi əraziləri işıqsız qalacaq
-
İdman25 Avqust 22:55Kantri musiqisinin ikonası vəfat etdi
-
İKT25 Avqust 22:30“Telegram”dan möhtəşəm yeniliklər
-
Magazin125 Avqust 22:15Elgiz Əkbər bu verilişlə geri dönür - VİDEO
-
Sosial25 Avqust 20:24Elxan Mütəllimova yüksək vəzifə verildi




















.jpg)












.jpg)
.jpg)