Nida Xəbər
Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Bakıya səfər edəcək
Azərbaycan və Meksika arasında parlamentlərarası əməkdaşlıq son dövrdə daha da fəallaşıb və bu il Meksika-Azərbaycan Dostluq Qrupunun sədrinin Bakıya səfəri planlaşdırılır.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero deyib.
Diplomat bildirib ki, parlamentlərarası dialoq hər iki ölkənin qanunverici orqanları arasında müntəzəm səfərlər və fikir mübadiləsi vasitəsilə əməkdaşlığın əsas mexanizmlərindən biridir:
"Fevralın 9-dan 13-dək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik etdiyi nümayəndə heyəti Meksikaya səfər edib. Nümayəndə heyətinə Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva və qeyd olunan qrupların üzvü Sevinc Fətəliyeva da daxil idi. Saməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksika-Azərbaycan Dostluq Qrupunun təsis mərasimində fəxri qonaq qismində iştirak edib. Azərbaycanlı deputatlar həmçinin Meksika Konqresinin hər iki palatasının rəhbərləri, xarici işlər nazirinin müavini və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçiriblər. Xüsusi diqqət çəkmək istərdim ki, Azərbaycanın Müstəqillik Günü münasibətilə Meksika Konqresində ikitərəfli münasibətlərimizin tarixində ilk dəfə rəsmi mərasim təşkil olunub".
O əlavə edib ki, bu il Meksika-Azərbaycan Dostluq Qrupunun sədri, deputat Dulse Mariya Korina Vilyeqasın Bakıya səfəri planlaşdırılır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Xoş sürprizlər sizi gözləyə bilər
-
Art9 Avqust 23:24Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO
-
Region9 Avqust 23:12İranın Milli Təhlükəsizlik Şurası ona tapşırıldı
-
Magazin19 Avqust 23:00Lalə Məmmədovanın retro tərzi - FOTO
-
Avropa9 Avqust 22:36Çaylar qurudu, "aclıq daşları" üzə çıxdı
-
Nəqliyyat9 Avqust 21:12Bakıda 11 marşrutun dayanacaqlarda hərəkəti dəyişdirilir
-
Magazin29 Avqust 20:36Botoksdan sonra gözləri əyildi
-
Hadisə9 Avqust 19:12Bakıdakı güclü yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ










.jpg)
























