Dünya
İsraildən Ankaraya xəbərdarlıq: Biz də eyni addımı atacağıq
İsrailin energetika naziri Eli Koen Türkiyənin Suriyada hərbi baza yaratmaq ehtimalı ilə bağlı diqqətçəkən açıqlama verib.
Publika.az xəbər verir ki, İsrailin “Channel 12” televiziyasında çıxış edən nazir bildirib ki, əgər Türkiyə Suriyada hərbi baza yaratsa, İsrail də eyni addımı atacaq.
"Bunu Nazirlər Kabinetində də demişəm. Əgər Türkiyə Suriyada hərbi baza yaratmaq istəyirsə, biz də orada baza yaradarıq. Özümüzü necə müdafiə edəcəyimizi bilirik və heç kim bizə şərt qoya bilməz. Son iki il yarım ərzində İsraili təhdid edənlərin sonunun yaxşı olmadığını sübut etdik", - deyə Koen bildirib.
O, həmçinin Türkiyənin müdafiə sahəsində artan imkanlarına toxunaraq, Ankaranın qabaqcıl silahlar əldə etməsinin qarşısını almaq üçün ABŞ ilə birlikdə çalışmalı olduqlarını deyib.
Koen Vaşinqtonun İsrailin "Keyfiyyətli hərbi üstünlük" siyasətini davam etdirməsinin vacibliyini vurğulayıb.
Müəllif: Roza
-
Yaxın Şərq16:57İran: Razılaşmaya çox yaxınıq!
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır
-
Digər10:11Azərbaycanı etibarlı qardaş ölkə kimi yüksək qiymətləndiririk! - Pakistan Prezidenti





















.jpg)





.jpg)








