Dünya
Dənizdə rekord qızıl ehtiyatı aşkarlandı - Tarixdə ilk
Yaponiya alimləri ölkənin iqtisadi zonasında yerləşən Hiqaşi-Aoqaşima sualtı kalderasında indiyədək dünyada qeydə alınmış ən yüksək sıxlıqlı qızıl ehtiyatını aşkarlayıblar.
Publika.az xəbər verir ki, araşdırmaya görə, qızıl sualtı vulkanik kraterdəki aktiv hidrotermal bacalarda əmələ gəlir.
Alimlər robot qollar vasitəsilə götürdükləri süxur nümunələrini analiz edərək adi gözlə görünməyən qızıl yataqlarını müəyyən ediblər.
Araşdırma göstərib ki, qızıl "yalançı qızıl" kimi tanınan pirit mineralının daxilində atom və nanohissəciklər şəklində toplanıb. Mütəxəssislərin sözlərinə görə, bu ərazidəki piritlər hazırda dünyada məlum olan ən yüksək qızıl konsentrasiyasına malikdir.
Tədqiqatçılar bildirirlər ki, Hiqaşi-Aoqaşima kalderasının digər hidrotermal yataqlarla müqayisədə daha dayaz dərinlikdə yerləşməsi gələcəkdə onun kommersiya baxımından işlənməsini daha əlverişli edə bilər.
Araşdırma "Scientific Reports" jurnalında dərc olunub.
Müəllif: Roza
-
Region17:05Paşinyan: "Bu gün Azərbaycan Prezidentinə zəng etdim"
-
Yaxın Şərq16:57İran: Razılaşmaya çox yaxınıq!
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır



















.jpg)





.jpg)








