Dünya
Vyetnamda qayıq qəzasında 15 nəfər həlak oldu
Vyetnamın cənubundakı Fukoku adası yaxınlığında turist qayığının qəzaya uğraması nəticəsində 15 nəfər həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə "VnExpress" portalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, qayıq limandan çıxdıqdan qısa müddət sonra aşıb. Göyərtədə Hindistandan olan 32 turist və dörd ekipaj üzvü olub, 21 nəfəri xilas etmək mümkün olub.
Hadisənin təfərrüatları araşdırılır. Vyetnamın baş naziri Le Min Xın baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görməyi tapşırıb.
"Baş nazir... nazirliklərə, idarələrə və yerli hakimiyyət orqanlarına zərərçəkənlərin müalicəsi və maddi itkilərin minimuma endirilməsi üçün bütün mövcud tibbi resursları və dərmanları səfərbər etməyi tapşırıb", - məlumatda deyilir.
Hüseyn İbadlı
-
Hadisə16:28“David Seliverstov” işində yeni ŞOK detallar - Saxta vəsiqələr, qaranlıq keçmiş və sürətli qaçış
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
MDB14:30Şarl de Qollun nəvəsinin rus sevgisi: "Səxavətli, dərin inanclı rus ruhu..."
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır
















.jpg)




.jpg)





.jpg)








