Sosial
Ağdamın Baharlı qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə sessiyası keçirildi
Ağdam rayonunun Baharlı qəsəbəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələrə dair maarifləndirmə sessiyası təşkil olunub.
Bu barədə Publika.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam rayon bölməsinin könüllüləri tərəfindən məcburi köçkünlərin yığcam şəkildə müvəqqəti məskunlaşdıqları ərazilərdə "qapı-qapı" formatında həyata keçirilən sessiyaların məqsədi sakinlər arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığı artırmaq, təhlükəsiz davranış vərdişlərini təşviq etmək və mümkün risklərin qarşısının alınmasına töhfə vermək olub.
Könüllülər yaşayış evlərini ziyarət edərək mina və partlamamış hərbi sursatlarla bağlı təhlükələr, təhlükəli ərazilərin tanınması, qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanların mənası, eləcə də təhlükəli hallarla qarşılaşdıqda əməl edilməli davranış qaydaları barədə sakinlərə ətraflı məlumat veriblər. Eyni zamanda, müraciət edilə biləcək aidiyyəti dövlət qurumları və əlaqə vasitələri barədə məlumat təqdim olunub, maarifləndirici broşürlər paylanılıb və sakinlərin sualları cavablandırılıb.
Sakinlər həyata keçirilən maarifləndirmə sessiyalarının əhəmiyyətini yüksək qiymətləndirərək bu cür tədbirlərin onların təhlükəsizlik barədə biliklərinin artırılmasına mühüm töhfə verdiyini bildiriblər.
Qeyd edək ki, maarifləndirmə sessiyası Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.
-
Region20:48Türkiyə bayrağını yandıran qadın belə saxlanıldı - VİDEO
-
İdman20:12“Qarabağ”dan erkən qol - CANLI/YENİLƏNİR
-
Ekologiya20:05Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ: Suyun səviyyəsi son 200 ilin minimumuna endi - FOTO
-
Hadisə19:48Kəlbəcərdə mina partladı: xəsarət alan var
-
İdman19:36Görün Zidanın məşqçilər komandasına kim daxil oldu
-
Sosial18:48Lazeroloq Cahanı öldürmək istəyən şəxsə 10,5 il iş verildi
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı




































