Dünya
Tusk hökumətinə zərbə: Əhalinin 58 faizi narazıdır
Polşanın baş naziri Donald Tuskun rəhbərlik etdiyi koalisiya hökumətinə ölkə vətəndaşlarının narazılığı artır.
Publika.az xəbər verir ki, "United Surveys" araşdırma mərkəzinin "Wirtualna Polska" portalının sifarişi ilə keçirdiyi son sorğunun nəticələrinə görə, polyakların 58 faizi hökumətin fəaliyyətini mənfi qiymətləndirir.
Sorğuda iştirak edənlərin 36,2 faizi hökumətin fəaliyyətindən “qətiyyən narazı”, 21,8 faizi isə “daha çox narazı” olduğunu bildirib. Beləliklə, respondentlərin yarıdan çoxu Tuskun kabinetinin fəaliyyətindən narazıdır.
Hökumətin işini müsbət qiymətləndirənlərin payı isə 35,9 faiz təşkil edib. Respondentlərin 6,1 faizi suala cavab verməkdə çətinlik çəkib.
Sorğunun nəticələri son aylarda hökumətə münasibətin pisləşdiyini də göstərir. May ayında OGB-nin keçirdiyi araşdırmada polyakların 45,8 faizi hökumətdən narazı olduğunu bildirmişdi. Bu göstərici iyulda 58 faizə yüksəlib.
Beləliklə, cəmi iki aydan bir qədər çox müddətdə hökumətdən narazı olanların sayı 12 faiz bəndindən çox artıb. Bu isə Tuskun rəhbərlik etdiyi hakim koalisiya üçün ciddi siyasi siqnal hesab olunur.
Qeyd olunur ki, "United Surveys" sorğunu iyulun 24-25-də Polşanın bütün ərazisində 1000 yetkin vətəndaş arasında keçirilib.
Müəllif: Adəm
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı
-
Ekologiya07:17Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
İdman06:46Həbib rəqiblərini belə sındırırmış: Qəfəsdə şeyx idim
-
Magazin206:16Çılpaq fotoları ilə şantaj edilən məşhur: “Amansız ittihamlar məni məhv etdi” - FOTO
-
İdman04:14Fransa millisinin oyunçusu PSJ-yə keçdi





































