Dollar üçün kritik xəbərdarlıq: ABŞ üstünlüyünü itirərsə...
Bizi izləyin

Dünya

Dollar üçün kritik xəbərdarlıq: ABŞ üstünlüyünü itirərsə...

Dollar üçün kritik xəbərdarlıq: ABŞ üstünlüyünü itirərsə...

ABŞ-ın ən böyük investisiya banklarından biri olan "JP Morgan"ın CEO-su Ceymi Daymon dolların qlobal ehtiyat valyuta statusunu itirə biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Daymonun sözlərinə görə, ABŞ son 25 ilin ən güclü ordusuna və iqtisadiyyatına sahib olmaq üstünlüyünü itirərsə, dolların ehtiyat valyuta statusunu qoruması çətinləşə bilər.

“Bu, bizim üçün çox təhlükəli olar”, - deyə Daymon bildirib.

Qeyd edək ki, dolların qlobal maliyyə sistemində dominant mövqeyi uzun illərdir ABŞ-ın iqtisadi və siyasi gücü ilə əlaqələndirilir. 1970-ci illərdən etibarən neft ticarətində dolların geniş istifadəsi də onun beynəlxalq maliyyə sistemindəki rolunu daha da gücləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm