Dünya
Dünyanı gözləyən böyük təhlükə: 250 min insan həyatını itirə bilər
İqlim dəyişikliyi Avropada insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilir. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, 2030-2050-ci illərdə iqlim dəyişikliyi hər il təxminən 250 min əlavə ölümə səbəb ola bilər.
Publika.az xəbər verir ki, əsas risklər arasında isti stressi, qidalanma çatışmazlığı, malyariya və ishal göstərilir.
Avropada iyunun sonunda yaşanan isti hava dalğası da ciddi nəticələrə səbəb olub. "Reuters"in məlumatına görə, iyunun 20-28-də Fransa, Belçika və Niderlandda ən azı 3 700 əlavə ölüm qeydə alınıb. Fransada 2 025, Belçikada 1 200, Niderlandda isə təxminən 480 əlavə ölüm baş verib.
Bu dövrdə bir sıra ölkələrdə temperatur rekordları yenilənib. Almaniyada 41,7, Macarıstanda 42, Niderlandda isə 39,4 dərəcə temperatur qeydə alınıb. Fransanın bəzi bölgələrində temperatur 40 dərəcəni keçib.
Mütəxəssislər bildirirlər ki, yüksək temperatur xüsusilə yaşlılar, uşaqlar, xroniki xəstələr və açıq havada çalışanlar üçün təhlükəlidir.
“Lancet Countdown”un hesabatına görə, dünyada istilərlə əlaqəli ölüm göstəricisi 1990-cı illərdən bəri 23 faiz artaraq ildə 546 minə çatıb. İqlim dəyişikliyinin su, ərzaq və enerji təhlükəsizliyinə də ciddi təsir göstərdiyi vurğulanır.
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı
-
Ekologiya07:17Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
İdman06:46Həbib rəqiblərini belə sındırırmış: Qəfəsdə şeyx idim
-
Magazin206:16Çılpaq fotoları ilə şantaj edilən məşhur: “Amansız ittihamlar məni məhv etdi” - FOTO
-
İdman04:14Fransa millisinin oyunçusu PSJ-yə keçdi












.jpg)

























