Dünya
Dəhşətli zəlzələ 9,6 milyard dollarlıq zərərə səbəb olub
Kolumbiyada avqustun 10-da baş verən 7,4 maqnitudalı zəlzələnin ilkin hesablamalara görə ölkəyə vurduğu birbaşa maddi zərər 30 trilyon peso, yəni təxminən 9,6 milyard dollar təşkil edir.
Publika.az xəbər verir ki, bunu Kolumbiya Prezidenti Abelardo de la Espriella açıqlayıb.
O bildirib ki, ümumi zərərin 24,5 trilyon pesosu və ya 7,8 milyard dolları yaşayış və digər binaların dağılması və zədələnməsi ilə bağlıdır. İnfrastruktur sahəsində qeydə alınan itkilərin həcmi isə 5,5 trilyon peso, başqa sözlə, 1,8 milyard dollar qiymətləndirilir. Prezident bildirib ki, açıqlanan rəqəmlər ilkin xarakter daşıyır və zərərin yekun məbləği aparılacaq qiymətləndirmələrdən sonra dəyişə bilər.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində 289 nəfər həyatını itirib, 4187 nəfər xəsarət alıb, 142 nəfərin taleyi isə hələlik məlum deyil. Zəlzələ 26 min 945 evin tamamilə dağılmasına, daha 127 min 557 evin isə müxtəlif dərəcədə zərər görməsinə səbəb olub.
Axtarış-xilasetmə əməliyyatlarına beynəlxalq dəstək də göstərilir. ABŞ, Ekvador və İsraildən ümumilikdə 138 xilasedici Kolumbiyaya göndərilib.
Qeyd edək ki, gücü 7,4 maqnitudaya çatan zəlzələ avqustun 10-da Kolumbiyanın qərbində, Çoko departamentindəki San-Xose-del-Palmar şəhəri yaxınlığında qeydə alınıb.
-
Nəqliyyat08:24Bu rayonlardan Bakıya gələnlərə pis xəbər - Yeni qadağa gündəmdə
-
Ekopublika.az07:15Ev almaq istəyənlər üçün vacib açıqlama - Bu tarixləri gözləyin!
-
Magazin205:45Appendisitə görə xəstəxanaya yerləşdirildi, şiş aşkarlandı - Məşhur müğənni son vəziyyətini açıqladı
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
ABŞ02:18Bu, 30 gün ərzində başlaya bilər - Trampın kürəkəni elan etdi
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi

































