Türkiyədən Yunanıstana Egey dənizi ilə bağlı çağırış
Bizi izləyin

Dünya

Türkiyədən Yunanıstana Egey dənizi ilə bağlı çağırış

Türkiyədən Yunanıstana Egey dənizi ilə bağlı çağırış

Türkiyə Yunanıstanın bərpa olunan enerji qaydalarını etibarsız hesab etdiyini açıqlayıb və Afinanı Egey dənizində beynəlxalq dəniz hüququna zidd birtərəfli addımlardan çəkinməyə çağırıb.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli bildirib.

Keçeli "X"də yazıb ki, yeni tənzimləmə Türkiyənin Egey dənizi ilə bağlı hüquqi mövqeyinə təsir göstərməyəcək. O, Egey və Aralıq dənizi kimi qapalı və yarımqapalı dənizlərdə sahilyanı dövlətlər arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm