Kamilla Kralın xəstəliyini gizlətməkdə çətinlik çəkib: Həqiqəti demək istəyirdim
Bizi izləyin

Dünya

Kamilla Kralın xəstəliyini gizlətməkdə çətinlik çəkib: Həqiqəti demək istəyirdim

Kamilla Kralın xəstəliyini gizlətməkdə çətinlik çəkib: Həqiqəti demək istəyirdim

Britaniya kraliçası Kamilla həyat yoldaşı Kral III Çarlzın xərçəng diaqnozu ilə bağlı xəbəri necə qarşıladığını ilk dəfə açıqlayıb.

Publika.az xəbər verir ki, 79 yaşlı Kamilla bu barədə onkoloji xəstəliklərlə mübarizə aparan xeyriyyə təşkilatının 30 illiyi münasibətilə verdiyi müsahibədə danışıb.

Kraliçanın sözlərinə görə, o, 2024-cü ilin yanvarında xərçəng xəstələri üçün dəstək mərkəzlərindən birinə baş çəkib. Həmin vaxt kral ailəsi artıq III Çarlzın xəstəliyindən xəbərdar idi, lakin bu məlumat hələ ictimaiyyətə açıqlanmamışdı.

Kamilla xəstələrlə söhbət zamanı həqiqəti onlara danışmaq istədiyini, lakin kralın xəstəliyini gizli saxlamalı olduğunu bildirib. O, sirri açmamaq üçün özünü güclə saxladığını etiraf edib.

Qeyd edək ki, Bukingem Sarayı 5 fevral 2024-cü ildə III Çarlzın xərçəng xəstəliyindən əziyyət çəkdiyini rəsmi açıqlamışdı. Xəstəliyin konkret növü barədə məlumat verilməmişdi. Müalicə almasına baxmayaraq, kral rəsmi vəzifələrini davam etdirir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm