Dünya
ABŞ-Kanada anlaşması Meksikanı şoka saldı - Trampın qərarı vəziyyəti çətinləşdirdi
ABŞ və Kanadanın ticarət razılaşması əldə etməsi Meksikanı gözlənilməz vəziyyətə salıb. Mexiko da Vaşinqtondan Kanada ilə razılaşdırılan şərtlərə bənzər güzəştlər tələb edir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
ABŞ və Kanada Kanadanın polad və alüminium ixracına tətbiq olunan idxal rüsumlarının 25 faizə endirilməsi barədə razılığa gəlib. Kanada avtomobillərinə tətbiq edilən tariflərin isə 15 faizə qədər azaldılması nəzərdən keçirilir.
Meksika rəsmiləri də ABŞ prezidenti Donald Tramp administrasiyası ilə danışıqlarda oxşar tələblər irəli sürüb. Lakin iki ölkə arasında hələlik razılaşma əldə olunmayıb.
ABŞ və Kanadanın qəfil razılaşması artıq aylardır Vaşinqtonla danışıqlar aparan Meksikaya təzyiqi artırıb. "Bloomberg" yazır ki, bu vəziyyət Mexikonu indiyədək apardığı strategiyanın düzgünlüyünü yenidən qiymətləndirməyə vadar edə bilər.
Kanadanın daha sərt mövqe tutan Baş naziri Mark Karni ilə müqayisədə Meksika prezidenti Klaudiya Şeynbaum Vaşinqtonla münasibətlərdə gərginlikdən yayınaraq dialoq kanallarını açıq saxlayıb. May-iyul aylarında ABŞ və Meksika arasında üç mərhələdə ticarət danışıqları keçirilib.
Meksikalı rəsmilər danışıqların gedişinin və ticarətdən kənar məsələlərdə verilən güzəştlərin uğurlu nəticəyə işarə etdiyini bildirirdilər. Lakin Kanada ilə əldə olunan razılaşmadan sonra bu qiymətləndirmə suallar doğurub.
Qeyd edək ki, Tramp çərşənbə günü Kanada ilə ticarət razılaşmasının razılaşdırıldığını açıqlayıb. Avqustun 18-də isə o, Kanada mallarına tətbiqi nəzərdə tutulan 50 faizlik rüsumların üç gün müddətinə dayandırıldığını elan edib və Bayden administrasiyası dövründə bloklanan Keystone XL neft kəməri layihəsinin yenidən gündəmə gətirilə biləcəyini bildirib.
ABŞ-Meksika münasibətləri 2025-ci ildə Meksika mallarına rüsumların tətbiqindən sonra daha da gərginləşmişdi. Mexiko diplomatiyaya üstünlük verdiyi halda, Kanada daha sərt mövqe seçmişdi. Nəticədə isə Vaşinqton-Ottava arasında ticarət razılaşması əldə edildi.
Müəllif: Adəm
-
ABŞ10:12ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi - Astronomik məbləğ
-
Hadisə09:35DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
-
Region09:28İstanbul yenə silkələndi: Bir-birinin ardınca zəlzələlər
-
ABŞ07:35Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan etdi
-
İdman06:16Roberto Karlos İslamı qəbul edib? – Həyat yoldaşımın namaz qıldığını görmək…
-
Hadisə02:18Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Foto
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video










.jpg)

























