Dünya
22 yaşlı gənc oğurladığı 245 milyonu belə xərcləyib - İnanılmaz faktlar açıqlandı
22 yaşlı Malone Lam 245 milyon dollar dəyərində "Bitcoin" oğurlayan beynəlxalq cinayət şəbəkəsinə rəhbərlik edib. Oğurladığı kriptovalyutanı qısa müddətdə dəbdəbəli həyata sərf edən Lam gecə klublarında yüz minlərlə dollar xərcləyib.
Publika.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sinqapur vətəndaşı olan Lam dostları ilə birlikdə beynəlxalq cinayət şəbəkəsi yaradaraq 245 milyon dollar dəyərində "Bitcoin" oğurlayıb. Lam ittihamları qəbul edib.
İstintaq zamanı məlum olub ki, şəbəkə oğurladığı pullarla bir gecədə 500 min dollara qədər vəsait xərcləyib. Bundan başqa, qiyməti 100 min dollardan 3,8 milyon dollara qədər dəyişən lüks avtomobillər alınıb, şəxsi təyyarələr kirayələnib, bahalı saatlara və xüsusi mühafizəyə milyonlarla dollar ödənilib.
Lamın gecə klublarında göstərdiyi dəbdəbə isə xüsusi diqqət çəkib. Onun izdihamın üzərinə on minlərlə dollar dəyərində lüks çantalar atdığı qeyd edib.
Məhkəmə sənədlərinə əsasən, şəbəkə 2023-cü ilin oktyabrından fəaliyyət göstərib və ən azı 2025-ci ilin mayına qədər davam edib. Dəstə üzvləri onlayn oyun platformalarında tanış olublar.
"Bitcoin" sahiblərini hədəf alan şəbəkə sosial mühəndislik üsullarından istifadə edib. Qurbanlar aldadılaraq onların məxfi məlumatları əldə edilib və bu məlumatlarla rəqəmsal pul kisələrinə giriş təmin olunub.
Bəzi hallarda isə cinayətkarlar qurbanların evlərinə basqın edərək kriptovalyutalara giriş üçün lazım olan məlumatları əldə ediblər.
Lamın cinayətlərə görə məhkum ediləcəyi təqdirdə 20 ilə qədər həbs cəzası alacağı bildirilib. Onun üçün hələlik məhkəmə tarixi müəyyən edilməyib.
Müəllif: Roza
-
Sosial15:14Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTO
-
Rəsmi xronika15:11İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
-
Region15:08Ermənistanın dövlət borcu açıqlandı - Fantastik məbləğ
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO













.webp)
.webp)














.png)




