Bu ölkə Ukraynaya hərbi dəstəyi artırır - 250 milyon avro ayırdı
Bizi izləyin

Dünya

Bu ölkə Ukraynaya hərbi dəstəyi artırır - 250 milyon avro ayırdı

Bu ölkə Ukraynaya hərbi dəstəyi artırır - 250 milyon avro ayırdı

Niderland Ukraynaya hərbi dəstəyi artırır.

Publika.az xəbər verir ki, Niderland Müdafiə Nazirliyi sentyabrın 9-da Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün əlavə 250 milyon avro ayrılacağını açıqlayıb.

Məlumata görə, vəsait daha əvvəl Kiyevə hərbi dəstək üçün təsdiqlənmiş maliyyənin yenidən bölüşdürülməsi hesabına təmin ediləcək.

Bununla da Niderlandın Ukraynaya dron tədarükü üzrə beynəlxalq təşəbbüsə ümumi töhfəsi 1 milyard avroya çatacaq.

Bundan əlavə, Niderland Ukraynaya F-16 qırıcıları üçün əlavə sursat da göndərəcək.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm