Dünya
Taliban ABŞ-ın bu tələbini rədd etdi
Taliban hakimiyyəti ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə Əfqanıstanda əvvəlki hökumətin süqutundan sonra ölkədə qalan ABŞ silahlarının və hərbi texnikasının geri qaytarılması tələbini bir daha rədd edib.
Publika.az “əl-Hədəs” telekanalına istinadən xəbər verir ki, Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdülqəhhar Bəlxi məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, ABŞ tərəfindən Əfqanıstanda qoyub gedilən silah və hərbi texnika artıq Əfqanıstan dövlətinin mülkiyyətindədir və onların qaytarılması ilə bağlı heç bir danışıqlar aparılmır.
Bəlxi ABŞ-ın Əfqanıstanda apardığı müharibəyə də toxunaraq bildirib ki, Vaşinqton ölkəyə vurduğu zərərə görə ilk növbədə özü “haqq-hesab verməlidir”.
ABŞ Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, 2021-ci ilin avqustunda Talibanın nəzarətinə keçən keçmiş Əfqanıstan ordusunun arsenalında ABŞ-ın maliyyəsi hesabına əldə edilmiş təxminən 7 milyard dollar dəyərində silah və hərbi texnika olub. Donald Tramp Ağ Evə qayıtdıqdan sonra həmin silah və texnikanın geri qaytarılmasını bir neçə dəfə tələb edib.
-
Nida Xəbər 20:12Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirildi
-
Hadisə18:10Toyda kütləvi zəhərlənmənin səbəbi açıqlandı
-
Dünya15:43Batumidən qalxdı, Türkiyə sahillərində dənizə endi - Təyyarədən xəbər yoxdur
-
Sosial15:14Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTO
-
Rəsmi xronika15:11İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
-
Region15:08Ermənistanın dövlət borcu açıqlandı - Fantastik məbləğ
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi





























.jpg)




.png)





