Sosial
Suraxanıda 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirildi - FOTO
Sentyabrın 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2025/2026-cı tədris ilinin yekunlarına həsr olunmuş təhsil konfransında qəbul imtahanlarında yüksək balla ali məktəblərə qəbul olunmuş məzunlarla görüş keçirilib.
Publika.az xəbər verir ki, tədbirdən öncə iştirakçılar Suraxanı rayonundakı Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva və Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə organlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının müavinləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müəllimlər və məzunlar iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Təhsil sahəsindəki uğurlara həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev rayon üzrə təhsil sahəsində əldə olunan uğurları diqqətə çatdıraraq, 600-dən yuxarı bal toplayan məzunların qazandığı nəticələri yüksək qiymətləndirib. RİH başçısı qeyd edib ki, gənclərin belə böyük müvəffəqiyyətlər əldə etməsi yalnız onların deyil, həm də valideynlərinin, müəllimlərinin və bütövlükdə rayon təhsilinin böyük uğurudur. Adil Əliyev gənclərin gələcəkdə savadlı, yüksək ixtisaslı kadr kimi yetişərək müstəqil Azərbaycanın inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə mühüm töhfələr verəcəklərinə əminliyini bildirib, onlara növbəti təhsil pilləsində və gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayıb və səmimi təbriklərini çatdırıb.
Həmçinin tədbirdə çıxış edən Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov və YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov tələbə adını qazanmış məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək, gənclərə gələcək təhsillərində və fəaliyyətlərində uğurlar arzulayıblar.
Yüksək nəticə göstərən məzunlar sırasında Vətən müharibəsi şəhidi Mixayıl Həmidovun övladı Həmidli Mədinə Mixayıl qızı da yer alır. Məzunlar adından 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olan 270 nömrəli tam orta məktəbin məzunu Hacıyev Fuad İlham oğlu və 688 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olan Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı çıxış edərək yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Daha sonra qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara Suraxanı Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və mükafatlar təqdim olunub.
Tədbir 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin "Azəri inciləri" rəqs qrupunun və Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin "Dan Ulduzu" instrumental ansamblının, həmçinin ifaçılar Mirşah Növrəsli və İbrahim Ramazanovun təqdimatında bədii hissə ilə yekunlaşıb.
-
İdman19:24"Sabah"ın 19 yaşlıları "Mançester Yunayted"ə böyük hesabla uduzdular
-
Sosial19:00Bu xanım agentliyə şöbə müdiri təyin edildi - FOTO
-
Sosial18:24Sevərin günahı bunlar imiş - Elgiz Əkbərdən cavab
-
Elm və təhsil18:12Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial15:44Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
-
Rəsmi xronika14:39Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq
-
Rəsmi xronika12:37İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi
-
Köşə11:54Onun qolları yoxdur, yoxsa sənin vicdanın?





























.png)




