Türkiyədə rüşvət əməliyyatı: 43 bələdiyyə işçisi və podratçı saxlanıldı
Bizi izləyin

Dünya

Türkiyədə rüşvət əməliyyatı: 43 bələdiyyə işçisi və podratçı saxlanıldı

Türkiyədə rüşvət əməliyyatı: 43 bələdiyyə işçisi və podratçı saxlanıldı

Türkiyənin İzmir şəhərinin Seferihisar Rayon Bələdiyyəsinə qarşı aparılan rüşvət və qanunsuzluq əməliyyatında bələdiyyə əməkdaşları və podratçılar da daxil olmaqla 43 şübhəli saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, bələdiyyədəki tikinti və şəhərsalma prosedurlarında rüşvət verilməsi, həmçinin bələdiyyə tenderləri və birbaşa satınalma proseslərində pozuntuların aşkar edilməsindən sonra istintaq başladılıb.

Bu çərçivədə barələrində həbs qərarı çıxarılan şəxslər də daxil olmaqla, ümumilikdə 48 şübhəlinin ünvanlarında əməliyyatlar keçirilib. Əməliyyat zamanı 43 şübhəli saxlanılıb.

Digər 5 şübhəlinin axtarışları isə davam edir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm